Lukaşenko üçüncü dəfə prezident ola bilər - 2003-08-01

Belorusiya prezidenti Aleksandr Lukaşenko Konstitusiyada ona üçüncü müddətə ölkə başçısı olmaq imkanı verə biləcək dəyişikliklərlə bağlı referendum keçirə bilər. Bu gün Minksdə verdiyi mətbuat konfransında Aleksandr Lukaşenko deyib ki, müxalif qüvvələr Belorusiyada siyasi sabitliyi pozmaq istiqamətində fəaliyyət aparsalar, o, vəzifədə qalmasını qanuni yolla təsdiqləməyə çalışacaq. Aleksandr Lukaşenko ilk dəfə 1994-cü ildə prezident seçilmiş, eyni yolla, prezidentlik müddətinin 2001-ci ilə qədər uzaldılmasına nail olmuş, sonradan yenidən prezident seçilmişdir. Qərb ölkələri səsvermənin ədalətli keçmədiyini qeyd etmişlər.