Avropa Komissiyası Türkiyənin hərbiçilərin siyasətdəki rolunu məhdudlaşdıran islahatları qəbul etməsini məmnunluq hissi ilə qarşılayıb. Avropa Birliyinin icraiedici orqanı Türkiyə parlamentinin çərşənbə günü bu islahatları təsdiq etməsini Türkiyənin Birliyə üzvlüyü istiqamətində mühüm addım kimi qiymətləndirib. Bununla belə, Avropa Birliyinin mətbuat katibi bildirib ki, qurum islahatların necə həyata keçiriləcəyini yaxından izləyəcək. Həmin islahatlarl Türkiyədə hərbi və mülki nümayəndələrindən ibarət güclü Milli Təhlükəsizlik Şurasının yaradılmasını nəzərdə tutur.