Britaniyanın baş naziri Yaponiyadadır - 2003-07-19

Britaniyanın baş katibi Toni Bleyer Yaponiyaya səfəri zamanı Şimali Koreyanın nüvə silahları məsələsinin həlli ilə bağlı çoxtərəfli danışıqları dəstəklədiyini bildirib. Cənab Bleyer yaponiyali həmkarı Yuniçiro Koizumi ilə keçirdiyi birgə mətbuat konfransında deyib ki, çoxtərəfli danışıqlarda Şimali Koreyanın qonşuları da iştirak etməlidir. Yaponiya Cənab Bleyerin Asiya səfərinin başlanğıcıdır. O, Yaponiya, Çin və Cənubi Koreyanın dövlət başçıları ilə görüşəcək. Cümə axşamı cənab Bleyer Birləşmiş Ştatların qanunvericiləri qarşısında çıxışında demişdir ki, Şimali Koreyanın nüvə proqramı 21-ci əsrin dünya ilə qarşıdurmada olan reallığıdır.