Almaniya və Amerika münasibətləri yaxşılaşdırmağa sə’y göstərirlər - 2003-07-14

Almaniyanın xarici işlər naziri Yoşka Fişer Almaniya və Amerika arasında münasibətləri yaxşılaşdırmaq məqsədilə ABŞ-a səfərə başlayır. İkitərəfli münasibətlər Almaniyanın Birləşmiş Ştatların başçılığı ilə İraqa qarşı müharibəyə kəskin e’tirazıına görə gərginləşmişdir. Yoşka Fişerin səfəri zamanı müzakirə edəcəyi əsas məsələlərdən biri Birləşmiş Ştatların Avropa ölkələrinin İraqda sabiltiyin bərqərar edilməsi işində daha böyük rol oynaması ilə bağlı xahişi olacaq.

Birləşmiş Ştatların müfadiə naziri Donald Ramsfild keçən həftə bildirdi ki, İraq müharibəsinin ən qəti əlehdarları olan Fransa və Almaniya daxil olmaqla, Vaşinqtonun NATO üzrə partnoylarının İraqda qanun-qaydanın yaradılması işində köməyini alqışlayardı. Müdafiə nazirinin bu müraciəti ABŞ qüvvələrinin İraqda demək olar ki, hər gün hücumlara mə’ruz qaldığı bir vaxta təsadüf edir. Fransa buna cavab olaraq öz əsgərlərini müharibədən sonra dağılmış ölkəyə BMT-nin sülhümühafizə qüvvələrinin tərkibində göndərə biləcəyini bildirdi. Almaniyanın cavabına gəldikdə, kansler Qerhardt Şröyder bəyan etdi ki, Berlin sülhümühafizə missiyasına BMT-nin mandatı olduğu təqdirdə, ya da bu xahiş İraqın müvəqqəti hökuməti və ya BMT tərəfindən edilsə qoşula bilər. Bu arada, Birləşmiş Ştatlar Senatı keçən həftə prezident Buşu NATO qüvvələrinin İraqda yerləşdirilməsi məsələsini nəzərdən keçirməyə çağırdı. Lakin alyans qüvvələrinin sabiltliyiin bərqərar olması sə’ylərinə qoşulub bilib-bilməməsi məsələsi ətrafında fikir ayırlıqları mövuddur. Fransa və Almaniya diplomatlarının bildirdyinə görə, bu ölkələr BMT-nin mandatı olmasa, NATO-nun missiyası əleyhinə səs verəcəklər. Birləşmiş Ştatların diplomatları da hesab edirlər ki, NATO-nun İraqn məsələsin müdaxiləsi vaxtından tezdir. Belə ki, bu, ilin əvvəli olduğu kimi alyans daxilində böhranın yaranmasına gətirib çıxara bilər. İraq müharibəsi başlamazdan Fransa, Almaniya və Belçika Türkiyənin müdafiə qabiliyyətini gücləndirmək üçün NATO-nun planını qəbul etməkdən imtina edərək bildirmişdilər ki, belə bir addım müharibənin qaçılmaz olduğu faktını qeyd-şərtsiz qəbul etmək deməkdir. Almaniyanın xarici işlər naziri ABŞ-a səfəri zamanı Nyiu Yokrda olacaq, oradan Vaşinqontona gələcək. Burada Yoşka Fişer vitse-prezident Dik Çeyni, Dövlət katibi Koli Pauell və Milli təhlükəsizlik məsələləri üzrə müşavir Kondolia Rays, Birləşmiş Ştatlar Konqresinin üzvlərilə görüşlər keçirəcək. Yoşka Fişerin Vaşinqtona oktyabr ayında son səfəri kansler Şroyderin müharibə əleyhinə platformadan çıxış edərək yenidən seçiməsindən bir ay sonraya təsadüf etmişdi. Ağ Evin buna qəzəbli reaksiyasının nəticəsi kimi cənab Fişer yalnız Dövlət katibi Kolin Pauell tərəfindən qəbul edilmişdi. Almaniya və Amerika diplomatları iki ölkənin münasibətləri bərpa etməyə sə’y göstərdiyini deyirlər. May ayında Almaniya Birləşmiş Ştatların İraqa qarşı BMT sanksiylarının ləğvi təklifinə dəstək vermişdi. Berlinin İraqa hazırkı şəraitdə əsgəri qüvvə göndərmək məsələsinə meylli olmadığına baxmayaraq, Almaniya Əfqanıstanda 4 min 600 nəfərdən ibarət qüvvənin mandatının gələn ilə qədər uzadılmasına və bərpa işlərinə yardım məqsədilə bu qüvvənin Kabildən kənarda da yerləşdirməyə hazır olduğunu bildirib. Belə görünür, Yoşka Fişer Amerika rəsmilərinə onun da deyəcək ki, Almaniya əgərləri Əfqanıstanda, Balkanlarda və Afrikada sülhümühafizə və təhlükəsizlik missiyalarında iştirak edirlər və buna görə də ölkənin hərbi qüvvələrinin hazırkı vəziyyətdə İraqa göndəriməsini planlaşdırmaq çətindir. Bununla belə, Almaniya diplomatları tə’kidlə bildirirlər ki, əgər kansler Şröyderin qoyduğu şərtlər yerinə yetirilsə, ölkənin hərbi qüvvələrinin nə vaxtsa İraqda missiyada iştirakı məsələsi nəzərdən keçirilə bilər.