Prezident Buşun səhvinin məsuliyyətini MKA daşıyır - 2003-07-13

Buş administrasiyasının yüksək səlahiyyətli bir nümayəndəsi Mərkəzi Kəşfiyyat Agentliyinin İraqın Nigerdən uran almaq istəməsi ilə bağlı mə’lumatın prezidentin nitqindən çıxarmaq istədiyini deyib. Agentlyinin direktoru Corc Tenetdən sitat gətirən nümayəndə bildirib ki, o, mə’lumatın yalnız bir mənbəyə əsaslandığına görə Ağ Evin bunu istisna etməsini istəyib. Qeyd edək ki, prezidentin yanvar ayı etdiyi müraciətində Britaniya kəşfiyyatının İraq-Niger əlalərələri ilə bağlı əsassız mə’lumatı yer almışdı. Ağ Ev bildirir ki, mə’lumat prezidentin çıxışından çıxarılmalı idi. Bu səhvin məs’uliyyətini mərkəzi kəşfiyyat agentliyinin direktoru Corc Tenet üzrərinə almışıdır.