Əkiz bacıların ayrılması baş tutmadı - 2003-07-08

Dünya ictimaiyyətinin diqqəti bu günlər Sinqapurda tibb sahəsində indiyə qədər misli görünməmiş əməliyyatın gedişinə yönəlmişdi. Başları bitişik 29 yaşlı iranlı əkizlər Lalə və Ladən Bicaninin ayrılması üzrə iki gün sürən əməliyyat başa çatmamıış qadınlar həlak oldular. Əməliyyat hələ başlamamışdan mütəxəssislər şansları 50-50 kimi qiymətləndirirdilər. Lalə və Ladən Bicani yeni həyat yaşamaq üçün bu olduqca mürəkkəb əməliyyatın keçirilməsinə razı olmuşdular. 29 il bir-birinə bitikşik yaşamış Lalə və Ladən Bicani bacılarının bir-birindən ayrı həyatı 90 dəqiqə çəkmişdir. Bu mürəkkəb əməliyyatın həyata keçirilməsində dünyanın bir neçə ölkəsindən 28 həkim və 100 tibbi assistent iştirak edirdi. Əməliyyat bazar günü başlamışdı. Onun ilk mərhələsi bacıların ayrı-ayrı beyninə gedən bir qan damarına yeni damarın qoyulmasından ibarət idi. Həkimlər Ladənin ayağından damarı kəsib, beynə gedən bir barmaq ölçüsündə damar yarada bilmişdilər. Bu qan damarı bacılardan birinin beyninə qan aparmağa başlamışdı. Lakin 29 il ərzində qadınların beyinləri demək olar ki, bir-birinə yapışmışdı. Bu da sonradan əsas problemlərin yaranmasına gətirib çıxarmışdı. Beynin damarları və kapilyarların yolunun dəyişməsinə baxmayaraq, əkiz qadınların birinin beyində qan böyük təzyiqlə hərəkət edirdi. Problem ondan ibarət idi ki, beyində belə böyük təzyiq nəticəsində güclü qanaxma başlamışdı. Bu güclü qanaxma əvvəlcə Ladən, sonra isə Lalənin ölümünə gətirib çıxarmışdı. Əməliyyatı həyata keçirən Rafls tibbi qrupun rəhbəri Lu Çun Yonq mətbuata açıqlamasında dedi: “Çoxlu qan itirilmişdi. Bunun nəticəsində həkimlərin sə’ylərinə baxmayaraq, əkizlərin vəziyyəti ağırlaşdı.” Mütəxəssislər neyrocərahhiyyədə nəzarət edilməsi demək olar ki, mümkün olmayan problemlərin olduğunu göstərirlər. Beyində qanaxma ən mürəkkəb problemlərdən biri hesab olunur. Burada söhbət mikroskopik kapilyarlardan, çox nazik kəsiklərdən gedir. Səhv buraxmaq isə olmaz, oldusa, o zaman qanaxma başlayır. Lalə və Ladən əməliyyat başlamazdan böyük riskə getdiklərini bilirdilər. Bununla belə, onlar müstəqil həyat yaşamaya bilmək üçün ölüm riskini qəbul etmişdilər. Bacıların ölümü təkcə onların vətəni İranda deyil, bu gün dünyanın hər yerində yaşayan insanları sarsıtdı. Doktor Lu iranlıların kədərinə dünyanın qoşulduğunu belə ifadə etmişdir. “Lalə və Ladənin İranda olduğundan çox-çox böyük ailəsi var idi. İranda, Sinqapurda olan bütün insanlar və dünyanın hər yerində onları düşünən insanların ürəkləri.” Əməliyyata getməmişdən əvvəl Lalə və Ladən Bicani Sinqapurun Rafls xəstəxanasının İnternet səhifəsində yazdıqları məktubu yerləşdirmişdilər. “Əziz dostlar, xoş arzularınız və niyyətləriniz üçün çox sağ olun. Biz əməliyyata getmək üçün hər gün dua edirdik. Çox həyacanlıyıq, çünki 28 ildir ki bunu gözləyirdik!Bizə dua edin. Ümid əməliyyatının müvəffəqiyyətli olması üçün dua edin. Hər ikimiz bu səfərə birgə başlamışıq və ümid edirik ki, əməliyyat nəhayət bizim çətin yolumuza son qoyacaq və biz iki ayrı şəxs kimi gözəl həyata başlayacayıq. Allah sizi saxlasın, Lalə və Ladən Bicani.”