Buş idarəsi Liberiyaya müdaxilə məsələsini müzakirə etdiyi vaxt ABŞ prezidenti Afrika səfərinə hazırlaşır. Prezident Buş Liberiyada sabitlik yaratmaq məqsədilə çoxmillətli hərbi qüvvənin tərkibində Amerika əsgərlərinin ölkəyə göndərilməsi məsələsi ilə bağlı beynəlxalq təzyiqlərlə qarşılaşmışdır. Səfəri zamanı prezident Buşun Birləşmiş Ştatların Afrikada demokratiyanı və iqtisadi inkişafı dəstəklədiyini, habelə QİÇS (AİDS) programına 15 milyard dollar məbləğində vəsaitin ayrılacağını elan edəcəyi gözlənilir. Prezidentin ilk dayanacağı Seneqal olacaq. ABŞ prezidenti həmçinin Cənubi Afrika, Bostvana, Uqanda və Nigeriyaya da səfər edəcək. Prezident Buş Afrikaya bu gün axşam yola düşəcək.