Rusiyanın hərbi vertolyotu Çeçenıstanda qəzaya uğrayıb - 2003-07-06

Hadisə nəticəsində vertolyotda olan dörd hərbi qulluqçu həlak olub, 11 nəfər yaralanıb. Rusiyanın hərbi hava qüvvələrinin nümayəndəsinin bildirdiyinə görə, Mİ-8 vertolyotu Qroznıdan 50 kilometr şərqdə havaya qalxandan bir qədər sonra qəzaya uğramışdır. Qəzanın səbəbləri araşdırılır. Hərbi qüvvələrin rəsmi nümayəndələri hadisəyə görə çeçen yaraqlılarının məs’uliyyət daşıdığına hələlik dəlilin olmadığını bildirirlər.