Bağdadda bir Amerika əsgəri güllələnib - 2003-07-06

Amerika əsgəri Bağdad universiteti ətrafında keşik çəkərkən başının arxasından namə’lum şəxs tərəfindən güllələnmişdir. Hadisə ilə bağlı çox az mə’lumata malik olan Birləşmiş Ştatlar rəsmiləri deyirlər ki, ağır yaralanmış əsgər xəstəxanaya aparılmışdır. Deyilənlərə görə güllə atılmasının üsulu şənbə günü Britaniya jurnalistinə açılan atəşlə eynidir. Birtaniya jurnalisti Riçard Vayld yerindəcə kiçik kalibirli silahdan atılan güllədən ölmüşdür. Jurnalist Vayld ötən 2 ay ərzində İraqda koalisiya qüvvələrinin hədəf alındığı hücumlar nəticəsində qətlə yetirilən ilk jurnalistdir. Birləşmiş Ştatlar bu hadisələrdə Səddam Hüseyn tərəfdarlarını günahlandırır.