Əl-Cəzirə Səddam Hüseynin səsi olduğu ehtimal edilən kaseti səsləndirib - 2003-07-04

Qatarın Əl-Cəzirə teleşirkəti bu gün Səddam Hüseynin səsinin yazıya alındığı kaseti səsləndirib. Hələlik səsin məhz Səddam Hüseynə mənsub olub-olmadığı müəyyən edilməyib, lakin ekspertlər kasetdəki səsin onun səsi olduğunu ehtimal edirlər. Kasetin iyunun 14-də yazıya alındığını qeyd edilib. Səddam Hüseyn olduğu ehtimal edilən şəxs özünün və İraqın keçmiş bir sıra liderlərinin ölkədə olduğunu demiş və Birləşmiş Ştatların başçılığı ilə hərbi qüvvələrə qarşı müqaviməti davam etdirməyə çağırmışdır. Birləşmiş Ştatların rəsmi nümayəndələri dəflərlə bəyan ediblər ki, hakimiyyətdən devrilmiş İraq liderinin sağ olub-olmadığını bilmirlər.