Səudiyyə Ərəbistanının daxili işlər naziri şahzadə Nayef Əbdül Əzizin bildirdiyinə görə həmin bu şübhəlilər may ayının 12-si 9-u amerikalı olmaqla, 35 adamın ölümü ilə nəticələnən intihar hücumları ilə bağlı nəzarət altına alınmışlar.Riyadda keçirilən mətbuat konfransında nazir hazırda onların sorğu-sual altında olduqlarını deyib. O, şübhəlilərin Məkkə və Mədinə daxil edilməklə, bir neçə şəhərdə ələ keçirildiklərini bildirib.Şahzadə Nayefə istinad edən ərəbdilli “Həyat” qəzeti ələ keçirilənlərin heç birinin səudiyyəli və aralarında qadın olmadığını yazır. Nazirin bildirdiyinə görə onların əksəriyyəti Üsamə Bin-Ladenin “Əl-qaidə” terrorrçu qrupu ilə əlaqəsi olan şəxslərdir.