Putin və Bleyer İraqda vəziyyəti müzakirə etdilər - 2003-06-26

Britaniyanın baş naziri Toni Bleyer bildirib ki, onun ölkəsi və Rusiya İraqla bağlı aralarındakı fikir ayrılıqlarını arxada qoyaraq beynəlxalq səhnədə birlikdə işləyirlər. Cənab Bleyer bunu Rusiya Londondaprezidenti Vladimir Putinlə danışıqlardan sonra mətbuat konfransında bildirib. Toni Bleyer qeyd edib ki, cənab Putinlə müzakirə olunan məsələlər arasında beynəlxalq terrorizmlə mübarizə, kütləvi qırğın silahları, Yaxın Şərq sülh prosesi, İraq, İran, Hindistan və Pakistanda, habelə Rusiyanın separatçı Çeçenistan respublikasındakı vəziyyət olub.