Hindistan və Çin arasında münasibətlərdə müsbət inkşaflar əldə edildi - 2003-06-24

Hindistanın baş naziri Atal Behari Vəcpayinin Çinə səfəri zamanı əldə olunmuş razılıqlar iki ölkə arasında münasibətlərin yaxşılaşmasına kömək edir. Bunu Hindistan və Çin rəsmiləri bildirirlər. Son bir neçə on ildir Hindistan və Çin arasında münasibətlər Tibet məsələsi, Pekinin Hindistanın rəqibi Pakistanla yaxın ələqaləri və hər iki ölkənin ərazi iddialarına görə gərgin idi. Lakin Hindistanın baş naziri Atala Behari Vəcpayinin bildirdiyinə görə, onun Çinə səfəri gərginliyin azaldılmasına və münasibətlərin yaxşılaşmasına xidmət etmişdir. “Bu, Hindistan və Çinin hazırda yaratmaqda olduqları hərtərəfli əməkdaşlığa yenidən təkan verilməsidir.” Çinin xarici işlər nazirinin bildirdiyinə görə, tərəflər arasında razılaşmaların biri Hindistanın Tibeti Çin ərazisi kimi tanımasını nəzərə tutur. Çin Hindistanın bu addımını “çox mühüm və müsbət” bir inkişaf kimi qiymətlənidirib. Hindistanın baş naziri Vəcpayi Çinə altı günlük səfəri zamanı dövlət başçısı Hu Jintao və sabiq prezident, hazırda hərbi qüvvələrin komandanı Janq Zemin daxil olmaqla, ökənin yüksək səviyyəli rəsmi nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.