Britaniyanın keçmiş kabinet üzvləri hökuməti tənqid edir - 2003-06-17

Britaniyanın keçmiş xarici işlər naziri Robin Kuk və Beynəlxalq İnkişaf naziri Kleyr Şort hökuməti İraq müharibəsinə haqq qazandırmaq üçün seçmə mə’lumatlara əsaslandığında günahlandırıb. Parlament komitəsində çıxış edən cənab Kuk baş nazir Toni Bleyer hökumətinin İraqın kütləvi qırğın silahları ilə bağlı faktları şişirtdiyini deyib. Xanım Şort isə baş nazirin münaqişəyə hazırlıq zamanı yalanlarını böyük qürur hissi ilə çatdırdığını bildirib.