Qəzzada daha bir Fələstinli qətlə yetirilib - 2003-06-15

İsrail qoşunları atəş acıb, Fələstin lideri Yasir Ərəfatın Fətah hərəkatının bir qolu olan ƏL-Əqsa Şəhidlər Briqadasının nümayəndəsini öldürmüşlər. Şahidlərin dediyinə görə bu hücum zamanı dörd Fələstinli də yaralanmışdır. Bu hadisə İsrail və Fələstin rəsmilərinin Yaxın Şərqdə sülhün qorunması məqsədi ilə keçirdikləri görüşdən bir neçə saat sonra baş vermişdir. İsrail və Fələstinin təhlükəsizlik üzrə rəsmilərinin görüşü Birləşmiş Ştatların səfiri Den Kurtzerin iqamətgahında keçmişdir. Onlar Qəzza bölgəsinin bə’zi yerlərindən İsrail qoşunlarının çixarılması və bunun əvəzində Fələstinin exstremistlərə qarşı qəti tədbirlər qörəcəkləri məsələsini müzakirə etmişlər. Bu görüş prezident Buşun Yaxın Şərq üzrə xüsusı nümayəndəsi Con Volfun regiona səfərindən sonra keçirilmişdi. Cənab Volfun başçılıq etdiyi nümayəndə hey’ətinin məqsədi Yol Xəritəsi sülh planınin irəli sürdüyü e’timad yaradılması məsələsi idi. Hey’ətin hazırkı missiyası zorakılıqların aradan qaldırılması üçün ölçülər götürməkdir. 60-dan çox adamın ölümünə yol açan insidentlər həftəsindən sonra nümayəndə hey’əti öz işini başa çatdırmışdır. Qeyd edək ki, dünən İsrail və Fələstinin təhlükəsizlik üzrə rəsmilərinin görüşündə əsas diqqət Qəzza bölgəsindən İsrail qoşunlarının çıxarılmasından sonra təhlükəsizliyin Fələstinlilərə təhvil verilməsinə yönəlmişdi. İsrailin Təhlükəsizlik Nazirinin müavini Ziv Boim İsrail televiziyasındakı çıxışında deyib ki, İsrail ordusunun Qəzza bölgəsinin bə’zi yerlərindən çıxarılması planı hələ də müzakirə olunur. Lakin İsrail radiosu İsrailin təhlükəsizlik nümayəndələrinə istinadən bildirib ki, fələstinlilər yaraqlıların fəaliyyətinə son qoyması planını tərtib etməyincə, İsrail qoşunları oradan bir santimetr belə çəkilməyəcəklər.