Gürcüstsanın müdafiə nazirinin müavini Aleko Mçedlidze bu gün Tbilisidə bəyan edib ki, hərbi kəşfiyyat mə’lumatları Rusiya sərhəddi ərazinsindəki separatçıların Gürcüstanın Pankisi vadisi ərazisinə yaxın istiqamətdə hərəkət etdiyini göstərir. Cənab Mçedlidze hərbi generalitetin mə’lumatları təhlil etdiyini və yaraqlıların Gürcüstan ərazisinə daxil olmasının qarşısını almaq üçün həyata keçiriləcək tədbirləri müzakirə etdiyini bildirir.