Iranda tələbələr yenidən etiraz nümayişinə çıxıblar - 2003-06-11

Son aylar ərzində ilk dəfə olaraq İranın paytaxtı Tehranda tələbələrin başçılığı ilə təşkil olunmuş nümayişdə minlərlə iranlı iştirak etmişdir. Sakinlərin dediyinə görə universitetlərin özəlləşdirilməsi planına e’tiraz məqsədi ilə keçirilən bu nümayiş ölkənin hakim İslam ruhanilərinə qarşı nümayişə çevrilmişdir. Tehran Universiteti yaxınlığındakı meydana toplaşan nümayişçilər siyasi məhbusların azadlığını tələb etmişlər. Qeyd edək ki, bu meydanda 4 il əvəəl də 1979-cu ildə İslam inqilabından sonra böyük bir nümyiş təşkil edilmişdi. Nümayişçilər insan azadlığını məhdudlaşdıran qüdrətli Müsəlman din xadimləri, habelə islahat vədlərinə əməl edə bilməyən hökumətə e’tirazlarını bildirirdilər. Onlar qiyam polisi və sərtxətt tərəfdarı islamçı Bəsic könüllü təşkilatının üzvləri qarşısında mağaza şüşələrini sındırmış, motosikletləri yandırmış, ictimai telefonları sındırmışlar. Tələbə liderlərinin bildirdiyinə görə Tehranın Təhlükəsizlik Xidmətinin başçısı Əli Taala onları 1999-cu il iyul ayında yol verilən zorakılıqları təkrar etməməyə çağırıb. O, Birləşmiş Ştatların İrana qarşı təzyiqlərinin artmasına işarə edərək demişdir ki, onlar ölkənin daxili vəziyyətini başa düşməli və fəaliyyətlərinin başqa problemlərə yol açmasına imkan verməməlidirlər. Lakin təhlilçilər daha artıq ixtişaşlar olacağını təxmin edirlər. Prezident Məhəmməd Xatəmi, İslahatçı Parlament və böyük qüdrətə malik olan sərtxətt tərəfdarı Ədliyyə sistemı arasındakı qarşıdurma artmaqdadır. Qabaqcıl islahat tərəfdarı Haşim Ağacəri hələ də həbsdə, onun məhkəmə hökmü isə hələ də yoxlanış altındadır. Bu həftənin əvvəllərində Birləşmiş Ştatların dövlət katibi Kolin Pauel iranlıları, onun sözləri ilə deyilsə, İranin dünya ictimaiyyətinin problemsiz bir üzvünə çevrilməsi üçün daxili dəyişikliklərə çağırmışdır. Qeyd edək ki, ötən həftə ABŞ-ın rəsmi nümayəndələri İranı dəfələrlə kütləvi qırğın silahları istehsal etməyə çalışdığında və Əl-Qaidə üzvlərinə sığınacaq verməkdə günahlandırmışlar. İran isə bu ittihamları rədd edir. İranın Ali Ruhanı rəhbəri Ayatolla Əli Xameneyi tələbələri ABŞ-ın İslam rejiminin sabitsizləşdirmə cəhdlərinə qarşı çıxmağa çağırmışdır.