İraq müharibəsinə haqq qazandıran faktların şişirdildiyi rədd edilir - 2003-06-08

Bişləşmiş Ştatların yüksək səviyyəli nümayəndələri müharibəyə əsas səbəb göstərilən İraqın kütləvi qırğın silahlarına malik olduğu faktının Buş administrasiyası tərəfindən şişirdildiyini rədd edirlər. Birləşmiş Ştatların Dövlət Katibi Kolin Pauel Fox telekanalına İraqın kimyəvi və bioloji silahlara malik olduğu ilə bağlı bəyanatlarını müdafiə etdiyini deyib. Milli Təhlükəsizlik Məsələləri üzrə müşavir Kondoleza Rays NBC telekanalına İraqda qadağan edilmiş silahların axtarışının vaxt aparacağını və bu silahların tapılacağından əmin olduğunu deyib. Konqres üzvləri isə müharibədən əvvəlki kəşfiyyat mə’lumatlarının şişirdilib-şişirdilmədiyini araşdırmağa çağırırlar.