Səudiyyə rəsmiləri böyük miqdarda silah tapıblar - 2003-06-02

Səudiyyə Ərəbistanının rəsmi nümayəndələri keçən həftə yaraqlılar olduqlarından şübhəli 11 şəxsin həbs edildiyi binalardan böyük miqdarda silah, hərbi sursat, kimyəvi maddələr və partlayıcı maddələr hazırlmaq üçün vəsait tapıldığını bildirirlər. Səudiyyə Ərəbistanının daxili işlər nazirliyinin bildirdiyinə görə, müqəddəs Mədinə şəhərində reyd zamanı avtomat silah, güllələr və qumbaraların tapıldığını bildirib. Təhlükəsizlik qüvvələri axtarışda olan Əl-Qaidə üzvünü qətlə yetirmiş, bir nəfər şübhəlini isə maşında tə’qib edərək həbs etmişlər. Krallığın rəsmi nümayəndələri mayın 12-də Ər-Riyadda 8 amerikalı da daxil olmaqla, 35 nəfərin ölümülə nəticələnən üç intihar bomba hücumuna görə məs’uliyyət daşıyan Əl-Qaidə terrorçularını və yaraqlıları axtarırlar.