Amerika senatorları İraq müharibəsinə haqq qazandırıblar - 2003-06-01

Amerikanın iki senatoru-respublikaçı Con Makkeyn və demokrat Kris Dodd ABC tele-şirkəti ilə müsahibələri zamanı Səddam Hüseyn hökumətinin kimyəvi və bioloji silahlara malik olub-olmamasından asılı olmayaraq, İraq müharibəsinə haqq qazandırmışlar. Senator Makeyn ikipartiyalı konqresin kəşfiyyat sə’ylərini dəstəkləyəcəyini demişdir. Cənab Dod silahların axtarışına zəmin yaradan bu müharibəyə haqq qazandırılması ilə bağlı çox sual qaldrıldığını bildirmişdir. Senatorların çıxışları Buş administarsiyasının qadağan olunmuş silahları aşkar edə bilməməsi ilə bağlı tənqidlərin artdığı vaxta təsadüf edir.