İraqda silahlar yığılır - 2003-06-01

Birləşmiş Ştatların İraqda hərbi tipli alovlu silahların təhvil verilməsinə ayırdığı iki həftəlik müddətin ilk günü heç bir silah təhvil verilməmişdir. Bağdadın bir neçə polis idarəsində silahların toplanış məntəqəsi yaradılmışdır. Silah amnistiyası möhləti başa çatdıqdan sonra polis ev-ev icazəsiz silahların axtarışını aparmalıdır. Silahların toplanışı nizam-intizamın bərqərar edilməsi sə’yləri çərçivəsində həyata keçirilir. Yardım agentlikləri küçə cinayətlərinə qarşı ölçülər götürülmədiyi və enerji təchizatı bərpa edilmədiyi təqdirdə, genişmiqyaslı iğtişaşalar haqda xəbərdarlıq verirlər.