İran: Ələ keçirilmiş Əl-Qaidə üzvləri Səudiyyə Ərəbistanında hücumların məs’uliyyətini daşımır - 2003-05-30

Hazırda İranın nəzarəti altında olan Əl-Qaidə əməliyyatçıları mayın 12-dən əvvəl həbs olunmuşlar və buna görə onlar Səudiyyə Ərəbidtanında intihar hücumu həyata keçirə bilməzdilər. Bunu İranın xarici işlər naziri Kamal Xərrazi bildirib. Cənab Xarrazi saxlanılan Əl-Qaidə fəallarının kim olduqları haqda və terror şəbəkəsində hansı rol oynadıqları məssələrilə bağlı mə’lumat verməyib. Birləşmiş Ştatlar dəfələrlə Tehranı Əl-Qaidə üzvlərinə sığınacaq verməkdə və İraqın daxili işlərinə qarışmaqda ittiham edib. Bununla belə, müdafiə naziri Donald Ramsfild Birləşmiş Şttların İrana qarşı hərbi əməliyyatlar planı haqda mə’lumatı olmadığını deyib.