Rusiya qəzeti ABŞ-ın İrana qarşı Azərbaycan və Gürcüstan ərazilərindən istifadə etmək planları haqda yazır - 2003-05-29

Rusiyanın “Nezavisimaya qazeta” dərgisi Pentaqonun İranda rejimi devirmək üçün plan hazırladığı barədə mə’lumat verib. Qəzetin yazdığına görə, İrana zərbələr endirmək üçün ABŞ hərbi qüvvələri İraq ərazisindən istifadə etməyi planlaşdırırlar, bununla yanaşı Azərbaycan və Gürcüstanın ərazilərin də istiafə edilməsi nəzərdə tutulur. Bakı Azərbaycanın İrana qarşı əməliyyatlarda mümkün iştirakı haqda qəzetin verdiyi mə’lumatları təkzib edərək bunun Azərbaycan-İran münasibətlərində gərginlik yaratmaq istəyən qüvvələr tərəfindən yayıldığını bildirib.

Fransa xəbər agentliyinin bu gün yaydığı mə’lumata əsasən, Birləşmiş Ştatların Azərbaycandakı səfiri Ross Vilson Amerikanın İrana qarşı hərbi əməliyyatlara Qafqaz respublikalarını cəlb etmək planları olmadığını demişdir. “Bizim belə planlarımız yoxdur”-deyə səfir Bakıda müxbirlərə bildirmişdir. “Nezavisimaya qazeta”nın yazdığına görə, Pentaqon Azərbaycan hökumətilə ölkədə ABŞ hərbi qüvvələrinin yerləşdirilməsi haqda razılıq əldə edib. Bundan xəbər tutun İran kəşfiyyatı Bakıya rəsmi nota verib. Bu gün Rusiyanın İnterfaks agentliyinə müsahibə verən prezident aparatının xarici əlaqələr şö’bəsinin müdiri Novruz Məmmədov qəzetin verdiyi mə’lumatları təkzib etmiş və demişdir-”Azərbaycanın Birləşmiş Ştatların İrana qarşı əmliyyatlarına qoşulması haqda verilən mə’lumatlar həqiqətə uyğun deyil. Bu informasiya Azərbaycan və İran arasında münasibtlərin gərginləşməsində maraqlı olan bə’zi mənbələr tərəfindən verilib.” Rəsmi nümayəndə habelə Bakının İrandan Tehranın Amerika qüvvələrinə ölkə ərazisində yerləşidirilməsinə imkan verilsə, Azərbaycana qarşı hücuma keçmək hüququnu saxladığı haqda nota aldığı xəbərini də təkzib etmişdir. Novruz Məmədovun bildirdyinə görə, Azərbaycan və İran bu ölkələrdən birinə qarşı hücum həyata keçirmək üçün üçüncü ölkənin onların əraisindən istifadə etməsini qadağan edən maddənin mövcud olduğu müqaviləyə imza atmışlar. Azərbaycanla yanaşı, İranla ümumi sərhəddi olmayan Gürcustan da “Nezavisimaya qazeta”nın verdiyi mə’lumatın həqiqətə uyğun olmadığını bildirmişdir. Gürcüstanın Rusiyadakı səfirliyinin nümayəndəsi İranla bağlı Amerikanın hər hansı bir planı haqda mə’lumata malik olmadığını demişdir. “Nezavisimaya qazeta” Vaşinqtonun İrana münasibətdə daha qəti mövqe tutduğunu və Pentaqonun İranın daxilində əhalinin ümumi narazılığından istifadə edib hərbi əmliyyatlara başlamaq planlarından yazır. İrana qarşı mümkün hərbi əməliyyatlar planı haqda sualın cavabında Ağ evin mətbuat katibi Ari Fleyşer ABŞ-ın problemin diplomatik yolla həllinə çalışacağını demişdir. Bundan əvvəl Ari Fleyşer habelə Pentaqonun planın Ağ evdə müzakirə ediləcəyilə bağlı mətbuatda verilən mə’lumatları təkzib etmişdir. Bununla belə, Pentaqonun rəsmi bir nümayəndəsi Buş administrasiyasının İranla bağlı ciddi narazılıq hissi keçirdiyini dilə gətirmişdir. Vaşinqton İranı terrorizmi dəstəkləməkdə və nüvə silahı istehsal etməkdə ittiham edir. Birləşmiş Ştatların rəsmi nümayəndələri Buş administrasiyası İranda vəziyyəti qeyri-sabit etmək planlarını nəzərdən keçirdiyi zaman Tehranın cavabını diqqətlə izləyirlər.