Rusiya, Çin və dörd Orta Asiya dövləti üzv olduqları regional təhlükəsizlik təşkilatlarını gücləndirməyə söz veriblər. Şanxay Əməkdaşlıq Təşkilatını tam gücü ilə işləyən beynəlxalq təşkilata çevirmək üçü altı lider bu gün Moskvada görüş keçirirlər. Rusiya prezidenti Vladimir Putin bildirirb ki, Şanxay Əməkdaşlıq Təşkilatı terrorizm və ekstremizm kimi müasir dövrün təhlükələrinə qarşı mübarizə aparmalıdır. Narkotik maddələr qaçaqmalçılığı və təhlükəli xəstəliklərə qarşı birgə mübarizə də gündəlikdə duran əsas məsələlərdir. Təşkilat Bişkekdə anti-terrorizm mərkəzinin açıqlaması barədə də qərar verib. Şanxay Əməkdaşlıq Təşkilatına Rusiya və Çinlə yanaşı, Qazaxstan, Özbəkistan, Qırğızıstan və Tacikistan daxildilər.