Əlcəzairdə çərşənbə günü baş vermiş zəlzələdən sonra yüzlərlə adam hələ də itkin sayılır. Ölənlərin sayı isə rəsmi mə’lumatlara görə, artıq iki mindən yuxarıdır. Xilasetmə işçiləri sağ qalanların tapılacağına az ümid olduğunu deyirlər. Bununla belə, onlar dağıntılar altında qalmış insanların axtarışını davam etdirir, cəsədləri çıxarırlar. Əlcəzairlilərin ğoxu hökumətin xilasetmə işlərini aparmasını tənqid edir, çoxları habelə hökuməti seysmik zonada keyfiyyətsiz binalar inşa etməkdə günahlandırır. Şənbə günü qəzəblənmiş əhali zəlzələnin baş verdiyi yerlərə səfər edən prezident Əbdüləziz Buteflikanı təhqirlərlə qarşılamış, daşa basmışdır.