Iran qanunvericiləri ali ruhani rəhbərə müraciət ediblər - 2003-05-25

İran qanunvericiləri islahatların qəbulu və dəyişikliklərə mane olan seçilməmiş hökumət təsisatlarını dayandırma çağırışı ilə ali ruhani rəhbər Əli Xameneiyə açıq məktub yazmışlar. 227 parlament üzvü tərəfindən imzalanan məktubda İranın Nəzarət Şurası islahtlara “ən böyük maneə” adlandırılıb. Məktubda deyilir ki, İranın ədliyyə sistemi və silahlı qüvvələri İraq xalqının istəyinə çavab vermir. İslahat tərəfdarları iki il əvvəl parlamentdə əksəriyyət əldə etsələr də, onların qərarları Nəzarət Şurası və sərtxətt tərfdarlarının çoxluq təşkil etdiyi ədliyyə sistemi tərəfindən çox vaxt rədd edilir.