Yaponiyanın baş naziri Vaşinqtondadır - 2003-05-23

Prezident Corc Buş və Yaponiyanın Baş Naziri Yuniçiro Koizumi prezidentin Texasdakı malikanəsində Şimali Koreyanın nüvə böhranını müzakirə ediblər. Prezident Buş deyib ki, Şimali Koreya nüvə proqramını davam etdirsə, beynəlxalq ictimaiyyətin ciddi təzyiqinə məruz qalacaq. Yaponiyanın Baş Naziri Koizumi Şimali Koreyanın nüvə silahları proqramı dünya üçün böyük problem olduğunu bildirib. Prezident Buş və cənab Koizumi ölkələri arasındakı iqtisadi əlaqələr, müharibədən sonra İraq və Əfqanıstanın yenidən qurulması məsələlərini də müzakirə ediblər. Yaponiyanın baş naziri prezident Buşla görüşmək üçün cümə axşamı Birləşmiş Ştatlara gəlmişdi.