Tayvan SARS-ın ən geniş yayıldığı bölgədir - 2003-05-20

Dünya Sağlamlıq Təşkilatının bildirdiyinə görə Tayvan dünyanın atipik pnevmoniyanın ən tez yayıldığı bölgəsidir. Adada xəstəlikdən ölənlərin sayı 52-ə yüksəlib. Təşkilatın bəyanatında bildirilir ki, xüsusilə, xəstəxanaların tə’cili yardım otaqlarında virusun yayılmasına nəzarət edilmədiyinə görə SARS-a yoluxma halları artmaqdadır. 90 faiz yoluxmalara məhz xəstəxanalar səbəb olub. Onlarla xəstəxana işçisi vurisdan müdafiə tədbirlərinə e’tiraz olaraq işlərini tərk etmişlər. Səhiyyə işçilərinin bildirdiyinə görə Çində təkcə dünən 17 adamın xəstəliyə yoluxduğu müəyyən edilmişdir.