Ağ Evin mətbuat katibi Ari Fleyşer is’tefaya gedir - 2003-05-19

Ağ Evin mətbuat katibi Ari Fleyşer Buş administrasiysını tərk edir. Cənab Fleyşerin iste’fasını bu gün e’lan edəcəyi gözlənilir. Ari Fleyşerin sözlərinə istinad edən mətbuat onun keçən həftə planlarını prezident Buşa açıqladığını xəbər verir. Xəbərlərdə mətbuat katibinin gələcək planları ilə bağlı detallar açılqanmır. Ari Fleyşer sentyabrın 11-i terror hücumlarından sonra, Əfqanıstanda və İraqda müharibə zamanı Buş administrasiysının mətbuat üçün nümayəndəsi olmuşdur. O, Corc Buşun komandasına 2000-ci ilin prezident seçkiləri vaxtı qoşulmuşdur.