Litvada seçkilər keçirilir - 2003-05-11

Litvada seçki komissiyasının rəsmi nümayəndələri ölkənin Avropa Birliyinə daxil olması ilə bağlı referendumda seçicilərin minimal faizinin iştirakının tə’min olunduğunu bildirirlər. Seçki komissiyasının bildirdiyinə görə, seçicilərin tələb olunan 50 faizindən çox hissəsi səsvermədə iştirak etmişdir. Seçicilərin kifayət qədər olmayacağı ilə bağlı narahatlıqlar dünən 2,5 milyondan artıq seçicinin yalnız dörddə birinin səsvemə məntəqələrinə gəldiyi ilə bağlı xəbərlərdən sonra artmışdır. Seçki məntələqələri yerli vaxtla axşam saat 10-da açılacaq. Səsvermənin ilkin nəticələrininsə bundan bir qədər sonra e’lan ediləcəyi gözlənilir. İctimia rə’y sorğuları ölkə əhalisinin üçdə ikisinin Avropa Birilyinə daxil olmasını istədiyini göstərir.