Iraqda demokratiya İranın mühafizəkar rejiminə təhlükədir - 2003-05-10

Birləşmiş Ştatlar Konqresinin bə’zi üzvləri və Yaxın Şərq məsələləri üzrə təhlilçilər Buş administrasiyasının İraqa qarşı müharibədə qələbədən istifadə edib İranda sərt xətt tərəfdarı ruhanilərə qarşı çıxan dissidentləri müdafiə etməyə çağırırlar. Birləşmiş Ştatların rəsmi nümayəndələri İranı İraqa demokratiyanın gətirilməsi sə’ylərinə mane olmaqda və Yaxın Şərqdə güc balansını pozmaq məqəsədilə kütləvi qırğın silahları əldə etməyə çalışmaqda ittiham edilər. Birləşmiş Ştatların rəsmi nümayəndələri İranı nüvə silahı proqramı üzərində ciddi iş aparmaqda ittiham edirlər. Bu yaxınlarda ölkəyə səfər etmiş beynəxalq müfəttişlərə uranın zənginləşdirilməsi üçün yüksək texnologiya nümayiş etdirilmişdir. Bu, Tehranın nüvə silahı istehsalı sahəsində tərəqqi əldə etdiyi haqda narahatlıqları artırmıışdır. İran bu yaxınlarda uran çıxarılmasına başlanıldığını və mə’dən materialının yanacağa çevrilməsi üçün zavod inşa edəcəyini e’lan etmişdir. İranın nüvə texnologiyasından elektrik enerjisi istehsalında istifadə edəcəyini deməsinə baxmayaraq, Birləşmiş Ştatlarda rəsmi nümayəndələr zəngin neft və qaz yataqları olan ölkənin nüvə enerjisinə ehtiyacın olmadığını bildirirlər. Birləşmiş Ştatlar Senatının xarici əlaqələr komitəsinin üzvü, senator Sem Braunbek Yaxın Şərqdə Amerikanın siyasi kursu üzərində işləyir. Senatorun bildirdiyinə görə, İranın aktiv nüvə silahı proqramına malik olmasını rədd etməsinə inanmaq olmaz. “Biz İranın verdiyi və’dlərə sadiq olacağına inana bilmərik. Hər şeydən əlavə, İran bu gün geniş şəkildə öz xalqını əzən, günahsız insanları deyil, terrorizimi dəstəkləyən və Yaxın Şərqdə demokratiya istiqamətində inkişafı fəal şəkildə pozan bir ölkədir.” Narahatlıqların bir hissəsi də İranın qonşu İraqda şiə müsəlman əksəriyyətin nüfuzunun artmasına çalışaraq ölkədə demokratiyanın bərqərar edilməsi prosesinə mane olması ilə bağlıdır. Təhlilçilər hesab edir ki, İranın hazırkı hökuməti üçün İraqda rejimin süqutu böyük təhlükə təşkil edir. Əgər bir çoxları İraqda demokratiyanın bərqərar edilə bilməyəcəyilə bağlı qorxularını ifadə edirlərsə, İranın ən çox qorxduğu məhz demokratiyanın orada baş tutmasıdır. Çünki İraqda müvəffəq demokratiya İranda hazırkı ruhanilər üçün ölümcül təhlükə demək olacaq. Təhlilçilər İranın hazırkı hökumətinin islahatlar və’d etdiyini, lakin bu islhalatların ölkə gənclərinin istədiyi kimi tez baş vermədiyini deyirlər. Senator Sem Braunbek Birləşmiş Ştatların çox fəal olaraq İran İslam respublikasının sərt xətt tərəfdarlarına müxalif olan tələbələr və dissidentləri dəstəkləməli olduğunu deyir. “Biz İranla münasibltlərimizdə çox mühüm bir dönüş mərhələsindəyik. Əgər biz İran xalqının istəyinə zidd olaraq hazırkı rejimin legitimliyinə yol versək, gələcək illər boyu baha başa gələ bilən bir səhvə yol vermiş olarıq.” Birləşmiş Ştatlarda həm rəsmi nümayəndələr, həm də təhlilçilər İrana qarşı hərbi əməliyyatların həyata keçirilməsini təklif etməsələr də, onlar hesab edirlər ki, Vaşinqton İraqda gedən proseslərə qarışmamaq və nüvə silahı istehsalı sə’ylərini dayandırmaq üçün İran hökumətinə təzyiqləri artırmalıdır. Təhlilçilərin fikrincə, Bağdadda demokratik hökumət qurulsa, İranın ruhanilərinə hakimiyyəti əllərində saxlamaq çətin olacaq.