İran Amerikanın regionda siyasətindən narahatdır - 2003-05-09

İran bildirib ki, Amerika ilə dialoq İslam Respublikası Vaşinqtonun qarşılıqlı hörmət prinsipi əsasında bərabərhüquqlu münasibətlər istəyinə əmin olduğu şərtilə baş verə bilər. Bu gün İtaliyada danışan İranın xarici işlər naziri Kamal Xərrazinin bildirdiyinə görə, o, Amerika ilə dialoqun başlanmasının çətin olacağına inanmır, lakin Tehran, onun sözlərilə, təzyiq altında olduğunu və alçaldığını hiss edənə qədər bu addımı atmayacaq. Cənab Xərrazi Vaşinqtonun İranın nüvə enerjisi proqramının nüvə silahı istrehsalına yol aça biləcəyi barədə irəli sürdüyü ittihamları yenə də rədd etmişdir. İranın xarici işlər naziri həmçinin bildirmişdir ki, Tehran Səddam Hüseynin və Talebanın siyasi səhnədən getməsinə şaddır, lakin Amerikanın regionda niyyətlərindən narahatdır.