Parisdə, səqqiz ölkənin nümayəndələri terrorçuluq və təşkilatlanmış cinayətkarlıqla mübarizə məsələsini müzakirə ediblər. İştirakçı ölkələrin ədliyyə və daxili işlər nazirləri bu günkü görüşlərində beynəlxalq terrorçuluq fəaliyyətlərinin müəyyən edilməsi üçün istifadə edilən vasitələri müzakirə ediblər. Bir günlük müzakirələrdə beynəlxalq terrorçu qruplarla mübarizə, cinayətkarların maliyyə fondlarının müəyyən edilib dondurulması, kompüter sistemlərinin terrorçulardan qorunması və bir sıra başqa məsələlərə baxılıb. Konfransın iştirakçısı böyük səqqizlər olaraq tanınan qrupa Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Birləşmiş Ştatlar- üsdəgəl Rusiya daxildir.