Prezident Buş təyyarə daşıyan gəminin göyərtəsindədir - 2003-05-01

Prezident Buş bu gün axşam USS Abraham Linkoln təyyarə daşıyan gəmidə çıxış edərək İraq müharibəsində əsas döyüş əməliyyatlarının başa çatdığını elan etməlidir. Vəzifəsini icra edən prezidentin təyyarə daşıyan gəmiyə vertolyotla enməsi Amerika tarixində presedenti olmayan hadisədir. Prezident Buş gecəni gəmidə qalacaq, lakin gəmi San Dieqo şəhərinə çatmamış oradan vertolyotla geri qayıdacaq. Təyyarə daşıyan Abraham Linkoln gəmisi İraqla müharibə ilə əlaqədar doqquz ay Körfəz regionunda qalmışdır.