NATO Özbəkistanda üç günlük tə’limlərə başlayıb - 2003-04-28

NATO-un Fərqanə vadisində fəlakətlərdə yardımla bağlı xüsusi tə’limləri başlanmışdır. Tə’limlərdə NATO-ya və onun Sülh naminə tərəfdaşlıq proqramına daxil olan 20 ölkə iştirak edir. Proqramın məqsədi Fərqanə regionunda güclü zəlzələlər və torpaq sürüşmələri zamanı fəaliyyətlər planını sınaqdan keçirməkdir. Bu, Avro-Atlantik Əməkdaşlıq Şurasının Mərkəzi Asiyada ilk tə’limləridir. Proqramda Birləşmiş Ştatların hərbi kontingentinin nümayəndələri də daxil olmaqla, min iki yüz nəfər adam iştirak edəcək. NATO-nun bildirdiyinə görə, Fərqanə 2003 tə’limləri Mərkəzi Asiya və NATO-nun Avro-Atlantik çevik qüvvələr birliyinin yardım birləşmələrinin müxtəlif fəlakətlər zamanı əməkaşlığının əsasının qoyulmasına kömək edəcək.