Tayvanda atipik pnevmoniya ilə əlaqədar karantin elan edilib - 2003-04-27

Tayvanda atipik pnevmoniyanın yayıldığı ölkələrdən səfər edənlərin hamısına karantin tətbiq edilib. İndi adaya Çin, Hon-Konq, Sinqapur və Kanadadan səfər edənlər 10 gün ərzində karantində qalmadlırılar. Buna səbəb Tayvanda xəstəlikdən ilk ölüm halının qeydə alınması olub. Dünya üzrə atipik pnevmoniya epidemiyasından ölənlərin sayı hazırda 300-dən artıqdır. Buraya bu gün Sinqapurda qeyd alınan iki ölüm halı da daxildir. Ümumdünya Səhiyyə təşkilatının bildirdiyinə görə, dünyada beş min nəfərə yaxın adam atipik pnevmoniya xəstəliyinə yoluxmuşdur. Çində xəstəliyin qarşısının alınması çərçivəsində Pekinin bütün kitabxanaları, teatrları və əyləncə yerlərinin bağlanması haqda qərar qəbul edilib. Bu arada, İtaliyanın səhiyyə naziri Çinə atipik pnevmoniya ilə mübarizə aparmaq üçün lazımi tədbilər görmək üçün xəbərdarlıq edib və Avropa Birliyi ölkələrinin səhiyyə nazirlərinin tə’cili yığıncağının keçirilməsinə çağırı