“Vaşington Tayms” qəzetində dünən dərc edilən bir məqalədə yazılır ki, Buş idarəsi İraqda İrandakı kimi dinə əsaslanan bir rejimin təsis edilməsinin əlehinədir. Ancaq bununla belə, demokratik bir İslam hökumətinin təsisi isə istisna edilmir. ABŞ rəsmiləri deyirlər ki, İraqdakı yeni hökumət haqqında tam bir planları olmasa da onlar çoxlu etnik qrupların daxil olduğu ölkənin ərazi bütövlüyünü müdafiyə edəcək, kütləvi qırğın silahları olmayan və qonşuları ilə sülh şəraitində ola bilən bir hökumətin yaranmasını istəyirlər. Müdafiə Naziri Donald Rumsfeld isə İrandakı kimi, İraqda da mollaların hakimiyyətə gəlməsi ideyasını qəti rədd edib. Müdafiə Nazirinin sözlərinə baxmayaraq ABŞ dövlət Katibi Kolin Paul İrandakı kimi bir rejimi rədd etsə də, bir İslam hökuməti ideyasını rədd etməkdən imtina edib. O, Dubayda yerləşən Əl Arabiya telekanalına verdiyi müsahibədə deyib ki, islama əsaslanan bir hökumət nəyə görə demokratik ola bilməsin və nə üçün sizin demokratiyadan istifadənizə imkan verilməsin. O deyib ki, demokratiya bütün dinlərlə bir yerdə mövcud ola bilər. ABŞ rəsmiləri Cənab Rumsfeldlə Cənab Paulun ideyaları arasındakı fərgin Buş idarəsi daxilində İraqın daxili siyasətinin nə şəkildə təşkil edilməsi barədəki qətiyyətsizliyin bir nəticəsi olduğunu bildiriblər.