Amerika konqresmenləri Suriya prezidenti ilə görüşüb - 2003-04-20

Birləşmiş Ştatların 2 konqresmeni Nik Rahal və Derill İssanın dediklərinə görə Suiriya prezidenti Bəşir əl-Əssəd İraq rejiminin heç bir yüksək səviyyəli şəxsinə sığınacaq verməyəcəyinə və orada ola bilən hər kəsi ölkədən xaric edəgəyinə söz verib. Konqresmenlər bu gün müxbirlərə Doktor Əssədlə keçirdikləri iki saatlıq Dəməşk görüşlərini müsbət qiymətləndirdiklərini deyiblər. Onlar Suriyanın prezidentinin Buş administrasiya ilə müsbət anlaşmanı saxlamaq istədiyni deyiblər. Qeyd edək ki, Suriya Birləşmiş Ştatların İraqın yüksək səviyyəli şəxslərinə sığınacaq verdiyi və kimyəvi silahlara malik olduğu ilə bağlı ittihamlarını qətiyyətlə rədd edir. Birləşmiş Ştatların dövlət katibi Kolin Pauel Suriya ilə bu məsələ barədə tezliklə söhbətə başlanacağına ümid bəslədiyini deyib.