Prezident Buşun İki məsləhətçısi istefa verib - 2003-04-18

Prezident Buşun mədəniyyət məsələləri üzrə iki məsləhətçisi-Martin Sullivan və Gari Vikan Bağdad muzeylərinin talan edilməsinin qarşısının alınmamasına e’tiraz olaraq istefa vermişlər. Talançılar Bağdadın milli muzeyindən qədim Mesopotamia dövründən qalmış 4-5 min illik yaşı olan qiymətsiz əşyaları oğurlamışlar. BMT-nin rəsmi nümayəndələrinə istinad edilərək bildirilir ki, talançılığın arxasında muzey işçiləri və peşəkar oğrular dura bilər. İnterpol və Federal Təhqiqat Bürosu muzey eksponatlarının axtarışı məqsədi ilə Bağdada agentlər göndərmişdir.