Pauel: Yeni hökumətin təşkili ilə bağlı konfrans "yaxşı başlanğıcdır." - 2003-04-14

Dövlət katibi Kolin Paeul İraqın müvəqqəti hökumətinin yaradılması ilə bağlı sabah keçiriləcək görüşü “yaxşı başlanğıc” adlandırmışdır. Müxbirlərlə danışan dövlət katibi demişdir ki, Nasiriyyəyə də’vət olunmuş İraq müxalifəti və müqavimət hərəkatı nümayəndələrinin Bağdadda yeni hökumətin yaradılmasının labüdlüyünü anladıqlarını düşünür. Kolin Paeulin bildirdiyinə görə, müzakilər prezident Buşun xüsusi nümayəndəsi, səfir Zalmay Xəlilzad tərəfindən aparılacaq. İraq milli konqresinin lideri Əhməd Çələbi danışıqlarda şəxsən iştirak etməyib buraya öz nümayəndəsini göndərəcək. Cənab Çələbinin İraqın növbəti lideri olacağı haqda müzakirələrin getməsinə baxmayaraq, o, hökumətdə vəzifə almaq üçün öz namizədliyini irəli sürməyəcəyinə tə’kid edir.