Britaniyanın baş naziri Toni Bleyerin İraq xalqına müracıəti - 2003-04-10

Mən bu gün sizə böyük məmnuniyyətlə bildirmək istəyirəm ki, qəddarlıq, repressiya və qorxu illərindən ibarət olan Səddam Hüseyn rejimi süquta uğramaqdadır. İraq xalqını yeni və daha yaxşı gələcək gözləyir. Biz bu müharibəni istəmirdik. lakin Səddam kütləvi qırğın silahlarından əl çəkməyərək, bizə heç bir seçim qoymadı. Müharibə artıq başlamışdır. Biz mülki əhali arasında tələfata yol verməmək üçün əlimizdən gələni edirik. Bizim düşmənizmiz İraq xalqı deyil, Səddam və onun rejimidir. Bizim qüvvələrimiz İraq xalqının dostu, onun xilaskarıdır. Onlar lazımsız bir gün belə İraqda qalmayacaqlar. Mən sizin Səddam Hüseynin sona çatmaqda olan hakimiyyətini bərpa edib, sizin iztirablarınızı artırdığı 1991-ci ilin təkrarından qorxduğunuzu bilirəm. Bu dəfə belə olamyacaq. Rejim gedəcək. Bundan sonra biz sizin istəyiniz və layiq olduğunuz sülhsevər, əmin-aman, çiçəklənən bir quruluş yaradacağıq. Bu İraq nə Britaniya, nə Amerika, nə də ki, BMT, İraq siz-İraq xalqı tərəfindən idarə ediləcək. Biz sizə ölkəniz və həyatlarınızın bərpası, ailələrinizə parlaq gələcək şansı veririk. Bizim yardım təklifimiz dotluq və xoş niyyət timsalıdır.