Birləşmiş Şttaların hərbi komandirlərinin bildirdiyinə görə İraq liderliyi artıq paytaxt Bağdad və digər böyük şəhərlərin nəzarətinə malik deyil. Amerikanın 100-dən artıq tank və zirehli maşını bu gün səhər Bağdadın mərkəzinə doğru irəliləmişlər. Qüvvələr Səddam Hüseynin prezident sarayı və digər hökumət binalarını ələ keçirmişlər. Əl-Raşid mehmanxanası yerləşən bölgəni qoruyan İraq döyüşçüləri Bağdada doğru irəliləyən Amerika qüvvələrini raket hücumlarına mə’ruz qoymuşlar.