Britaniya rəsmiləri Bəsrə şəhərini təslim olmağa çağırır. - 2003-04-05

Britaniyanın hərbi rəsmiləri deyirlər ki, Səddam Hüseynin Bəəs partiyasının liderləri Bəsrə şəhərində çox insan tələfatına yol verməmək üçün təslim olmalıdırlar. Bütün ərəb ölkələrinin oxuduğu “Əşərq əl-Ausat” qəzrtinin verdiyi mə’lumata reaksiya olaraq Britaniya rəsmiləri bildirirlər ki, Bağdad təslim olacağı təqdirdə Bəəs partiyasının fəalları da təslim olacaqlar. Britaniya ordusunun nümayəndəsi kapitan Əl Lakvud bu gün Britaniya radiosu ilə çıxışında deyib: “Mən onları təşəbbüs göstərməyə çağırıram. Əgər onlar şəhəri və əhalini məhv etmək istəmirlərşə, müharibəni dayandırıb məsələni danışıq yolu ilə həll etmək istəyirlərşə, bizimlə əlaqənin cox yolları var”. Kapitan Lakvud geyd etmişdir ki, artıq müharibənin ilk günlərindən Britaniya qoşunları Bəsra ətrafındadirlar və hələ də şəhərə daxil olmağa tələsmirlər. “Biz Bəsrədə çoxlu mülki əhalinin olduğunu başa düşürük və oraya hücum etmək istəməzdik. Biz bu məsələyə cox ehtiyatla yanaşırıq. Günbəgün aldığımız mə’lumatlardan və bizə qarşı müqavimətin azaldığından xalqin bizə e’timadının artdığını hiss edirik”. Beynəlxalq Qirmızı Xaç Cəmiyyəti isə bildirib ki, Britaniya ordusunun nəzarəti altında olan İraq ərazisində humanitar yardım məsələsi nizamsız şəkildədir. Lakin kapitan Lakvud bu ittihamı əsassız adlandırıb və deyib ki, axırıncı 4 gün ərzində Britaniya ordusu xalqa 100 min nəfərlik ərzaq və 750 min litr su paylamışdır.