Britaniyadan İraqa yardım gedir - 2003-03-30

Britaniyanın rəsmi nümayəndələrinin bildirdiyinə görə Bəsrə və Ümm Qəsr şəhərlərinin su ilə tə’min edilməsi üçün Küvetdən İraqın cənubuna gedən su kəməri ilə gündə bir milyon litrdən artıq su nəql edilir. Britaniyanın hərbi qüvvələri və beynəlxalq yardım təşkilatlarının tankerləri suyu kəmərdən şəhərə daşıyacaqlar. Daha artıq humanitar yardım səyləri çərçivəsində Britaniya İraqa ərzaq və digər yardım ehtiyatları ilə gəmi göndərib.