Asiya və Yaxın Şərqin bir sıra ölkələrində Birləşmiş Ştatların başçılığı ilə İraqa qarşı müharibəyə son qoymaq çağırışları səslənən e’tiraz nümayişləri keçirilib. Banqladeş, Hindistan, Pakistan və Filippində on minlərlə adam e’tiraz nümayişlərində iştirak edib. Müsəlman ölkələrində məscidlərdə imamların odlu-alovlu çıxışlarını dinləyən insanlar küçələrdə öz qəzəblərini ifadə edərək müsəlman qardaşlarına qarşı hücum hesab etdikləri müharibəyə e’tirazlarını bildiriblər. İraqla 8 il mühari aparmış İranda qərbin müsəlman dövlətinə qarşı aqressiyası pislənmişdir. Fələstin ərazilərində nümayişçilər İraqa dəstəklərini ifadə edərək qərb liderlərinin müqəvvalarını yandırmışlar.