Özbəkistan Amerikanı dəstəkləyir - 2003-03-21

Özbəkistan prezidenti İslam Kərimov terrorizm və kütləvi qırğın silahlarına qarşı müharibədə kimi dəstəkləyəcəyindən əmin olduğunu deyib. Bu gün Daşkənddə təşkil edilən Nozruz şənliyində iştirak edən prezident Kərimov Özbəkistanın Əfqanıstandan gələn təhlükəni kimin aradan qaldırdığını yaxşı xatırladığını bildirib. Qeyd edək ki, Özbəkistan İraq lideri Səddam Hüseynə qarşı kampaniyada Amerikanı dəstəkləyən ölkələr sırasındadır.