Amerika və kolaisiya qüvvələri bu saatlar İraqın təkr-silahı, İraq xalqının azad edilməsi və dünyanı dəhşətli bir təhlükədən müdafiə əməliyyatlarının ilkin mərhələsindədir. Koalisiya qüvvələri Səddam Hüseynin müharibəyə başlamasına mane olunması məqsədi ilə hərbi əhəmiyyətə malik olan hədəflərə zərbə endirirlər. 35-dən artıq ölkə həbri və hava bazalarından istifadə edilməsi, texniki və kəşfiyyat yardımı, habelə qüvvələrin yerləşdirilməsi sahəsində əvəzsiz kömək göstərirlər. Koalisiyada iştirak edən hər bir dövlət öz borcunu yerinə yetirir və bizim birgə müdafiəmizdəki xidmət şərəfini bölüşür. Çətin vəziyyətdə olan dünyanın sülhü və əzilməkdə olan xalqın ümidi indi Birləşmiş Ştatların Yaxın Şərqdəki silahlı qüvvələrdə xidmət göstərən hər bir qadın və kişidən asılıdır. Düşmənləriniz sizin cəsarət və təcrübənizlə üzləşəcəklər. Sizin azadlığa çıxaracağınız xalq Amerika ordusunun şərəf və ləyaqətinin şahidi olacaq. Bu münaqişədə Amerika müharibə konvensiyaları və əxlaq normalarına riayət etməyən bir düşmənlə qarşı-qarşıyadır. Səddam Hüseyn İraq qüvvələri və hərbi təchizatı günahsız kişi, qadın və uşaqlardan qalxan kimi istifadə edilməsi üçün mülki əhalinin cəmləşdiyi bölgələrdə yerləşdirmişdir. Ordunun canlı qalxanla müdafiəsi onun öz xalqına qarşı son düşmənçiliyidir. Mən bütün amerikalılar və bütün dünyanın koalisiya qüvvələrinin dinc əlalinin qorunması sahəsində əlindən gələni edəcəyini bilməsini istəyirəm. Biz İraqa İraq xalqı, onların böyük sivilizasiyası və dini e’tiqadlarına hörmətlə getmişik. Bizim İraqda təhlükəni yox edib, nəzarəti xalqa verməkdən başqa niyyətimiz yoxdur. Mən bizim həbriçilərin ailə və qohumlarının onların yaxın zamanda sağ-sağamat geri dönmələri üçün dua etdiklərini bilirəm. Milyonlarla amerikalı əzizlərinin təhlükəszliyi və günahsız xalqın müdafiəsi üçün dua edir. Bizim ölkəmiz bu münaqişəyə istəmədən daxil olmuşdur. Amma bizim niyyətimiz qətidir. Amerika xalqı, onun dostları və müttəfiqləri qanunsuz, kütləvi qırğın silahları ilə sülhə təhlükə yaradan bir rejimə bəraət qazandıra bilməz. Biz bu təhlükə qarşısına ordu, hava və dəniz qüvvələri, sahil keşikçiləri ilə çıxmışıq. Beləliklə bizim sonra yanğınsöndürənlər, polis və ya həkimlərlə şəhərlərimizin küçələrinə çıxmağa ehtiyacımız qalmayacaq. Münaqişə başlamışdır. Bunun müddətinin qısaldılmasının yeganə yolu qətiyyətdir. Mən sizi əmin edə bilərəm ki, bu, yarıölçülü bir kampaniya deyil. Biz qələbədən başqa heç bir nəticəni qəbul etməyəcəyik. Bizim vətənimiz və bütün dünya üçün təhlükə sona çatacaq. Biz sınaqdan keçib, sülh işini davam etdirəcəyik. Biz azadlığımızı müdafiə edəcəyik. Biz başqalarına istiqlaliyyət gətirəcək, zəfər çalacağıq.