Azor adaları  dünyanın diqqətini cəlb edir - 2003-03-16

Bu gün Britaniya, Amerika və İspaniyanın liderləri orada İraq böhranının müzakirəsi məqsdəi ilə görüş keçirilər. Əgər Amerika prezidenti Corc Buş, Britaniya və İspaniyanın baş nazirləri Toni Bleyer və Hose Maria Aznar sammiti belə gözdən uzaq yerdə keçirib, müharibə əleyhinə hərəkatın təhrikinə yol verməyəcəklərini düşünürdülərsə, yanılırdılar. Liderlərin görüşə hazırlaşdıqları vaxt yüzlərlə maşın karvanı və müharibəyə e’tiraz edən nümayişçilər adanın əsas şəhəri olan Anqra De Heroismonun dar küçələrinə çıxmışlar. Təqribən 20 km-lik məsafədə yerləşən Hava hərbi bazasında isə sammitə hazırlıq gedir.Yaxınlıqdakı sularda Portuqaliyanın iki dəniz donanması gəmisi keşik çəkir. Amerika, Avropa, Yaxın Şərq və Şimali Afrika arasında ən böyük tə’mir və yanacaq doldurma yeri olan Lajeş bazasında Birləşmiş Ştatların hava qüvvələrinin 10-dan artıq təyyarəsi yerləşdirilmişdir. İraqa qarşı müharibə təqdirində bu bazanın rolu artacaq.Qeyd edək ki, liderlər İraq böhranının həllində diplomatik cəhdləri istisna etmirlər. Azor sammiti nazirlərin iste’fası hədədləri və özünün əmək partiyasının kəskin e’tirazı ilə üzləşən Britaniyanın baş naziri Toni Bleyer üçün həlledici mahiyyət daşıyır. Xatırladaq ki, Terseyrada son sammit prezident Riçard Niksonun Fransa və Portuqaliyalı həmkarlrı ilə beynəlxalq valyuta böhranının həlli məqsədi ilə 1971-ci ildə təşkil edilmişdi.