HADEP-in fəaliyyətinə son qoyuldu - 2003-03-13

Türkiyənin konstitusiya məhkəməsi tərəfindən PKK ilə əlaqəsi olduğu müəyyən edildikdən sonra Xalq Demokratiyası Partiyası-HADEP-in fəaliyyətinə son qoyulmuşdur. Məhkəmə partiyanın liderlərinin 5 il müddətinə siyasətdən uzaqlaşdırılması haqda da hökm çıxarmışdır. Bu qərardan az sonra Türkiyənin baş prokuroru dövlət əleyhinə fəaliyyətlərinə görə HADEP-ə yaxın Demokrat Xalq Partiyası-DEHAP-ın bağlanması ilə bağlı məhkəmə işi qaldırmışdır. Qeyd edək ki, məhkəmənin bu hökmü Türkiyənin azlıqda olan kürdlərə daha artıq hüquqlar verilməsini tələb edən Avropa Birliyinə üzv olmaq istədiyi bir vaxt verilmişdir.