Serbiyanən  Baş naziri qətlə yetirilib. - 2003-03-13

Serbiyanın Baş naziri Zoran Cinciç, Belqraddakı hökümət binasının həyətində silahlı şəxslər tərəfindən qətlə yetirilib. Baş nazir müavini Neboysya Çoviç, onun vəfat etdiyini rəsmən açıqlayıb. Onun dediyinə görə, Serbiya höküməti ölkə prezidenti vəzifələrini icra edən Nataşa Miçiçi Serbiyada fövqaladə vəziyyətin e’lan edilməsinə çağırıb. Cənab Cinciç, keçmiş Yugoslaviya prezidenti Slobodan Miloşeviçi vəzifəsindən uzaqlaşdırmış üsyanda fəal rol oynamışdır. Lakin onunla Yuqoslaviya prezidenti Koştunitsa arasında ötən il ərzində davam etmiş fikir ayrılıqları, ölkədə ehtiyacı olan iqtisadi və sosial islahatların keçirilməsinə mane olmuşdur. Vaşinqtondan xəbər verilir ki, prezident Bush Serbiya xalqına baş sağlığı verib.